Onlara 600 manatlıq iş təklifi edin, görün necə həvəslə işləyirlər… – Ekspert

8-08-2020, 20:01           
Onlara 600 manatlıq iş təklifi edin, görün necə həvəslə işləyirlər… – Ekspert
“250 manat bir insanın yalnız ay ərzində qidasını ödəyə bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında kənd təsərrüfatı üzrə iqtisadçı ekspert Vahid Məhərrəmov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin “190 manata ehtiyacı olan niyə aylıq 250 manatlıq iş istəməsin ki?” fikirinə münasibətində deyib.

Ekspert bildirib ki, Sahil Babayevin 190 manat verdiyi insanların böyük əksəriyyəti imkanlı şəxslərin evində, həyətində fəhləlik edir:

“Sahil Babayev onun müavinləri, idarə rəisləri, şöbə müdirləri və əməkdaşları mümkündürsə, 250 manata bir neçə ay dolanışıqlarını təmin edib, problemlərini həll etsinlər. Niyə onlar yüksək əmək haqqından imtina edib vətəndaşlara təklif etdiyi 250 manatı almır? 250 manat bir insanın yalnız qidasını ödəyə bilər. Onun kommunal xərcləri, dərman preparatları və ehtiyacları var. Bunu kim və necə ödəyəcək? 250 manat bunu ödəmir. 190 manat verilən insanlar müəyyən yerlərdə işləyirlər. Kiminsə evində fəhləlik edir, ev yığışdırır, qonşular cağırır, onlar da məcburdur ki, hardansa dolansın. Onun- bunu evində işləməklə gündəlik dolanışığını ödəyir. Sahil Babayev bunu nəzərə alsın”.

Vahid Mərərrəmovun fikrincə, Sahil Babayevin bu açıqlaması nazir vəzifəsinə yaraşmır:

“Sahil Babayev bunu nəzərə almalıdır ki, adamların daimi işi yoxdur. Müvvəqqəti şənbə və bazar günü kiminsə həyətində, təsərrüfatında işləyirlər. Sahil Babayev istəyir ki, bu adamlar bir ay 250 manata işləsin. Düşünürəm ki, bu nazir vəzifəsinə yaraşan səviyyə deyil. Ölkədə 3 milyona yaxın işsiz insan var. Sahil Babayev bunu nəzərə almalıdır. Biz araşdırma apardıq. Bizdən başqa digər mütəxəssislər də araşdırmalar apardı. Tam əminliklə deyə bilərəm ki, kənd təsərrüfatında 1 milyon 500 min işsiz adam var. Bunlar nəyin hesabına dolanır? Əgər Sahil Babayev sistemli qaydada aylıq 250 manat maaş təklif etdiyi adamlara ayda 500-600 manat iş təklifi etsə, hamı böyük həvəslə qəbul edər və işləyər”.

Ekspert qeyd edib ki, həmin adamlar evdən çıxıb gedirsə, gün ərzində 2-3 dəfə pul xərcləyir:

“Ona görə 250 manata işləmək istəmirlər. Yol xərci, üstəlik də işlədiyi yerdə yemək xərci, bəs ay sonu evə nə gətirsin? Onun verdiyi 250 manatdan adamlar elə-belə imtina etmir. Hamının evində xəstə var, elə adam var, aylıq 200 manatlıq dərman alır. Bunu nəzərə almalıdır Sahil Babayev”.
Vahid Məhərrəmov Sahil Babayevə 250 manatlıq iş yerlərinin adlarını mətbuata açıqlamağı təklif edib:

“250 manatlıq iş yerlərinin adı və ünvanı açıqlanmalıdır. İkincisi, 250 manatlıq iş yerində adamı elə işlədirlər ki, bir aydan sonra qazanılan pul iynə dərmana verirlər. Üçüncüsü, ölkədə tibbi sığorta yoxdur. İş yerində bir qəza olanda xərclərin hamısını ucuz işə gedən fəhlə ödəyir. Vətəndaşa 250 manatlıq iş təklif edən Sahil Babayev bunları da nəzərə almalıdır”.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev mətbuata açıqlamasında bunları demişdi: “Onlara minimum əmək haqqı ilə işlər təklif etdik, amma heç 1 faizi də buna razılaşmadı. Həqiqətən, aztəminatlı olan və 190 manata ehtiyacı olan şəxs nəyə görə aylıq 250 manatlıq maaşla iş istəməsin ki?”.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.