Çində yayılan yeni SFTS virusu… – Alimlər COVID-19-la fərqini araşdırır

9-08-2020, 19:12           
Çində yayılan yeni SFTS virusu… –
Rusiyanın Novosibirsk Dövlət Tibb Universitetinin Daxili Xəstəliklərin Müalicəsi fakultəsinin dosenti Vladislav Mitroxin bildirib ki, Çində yayılan yeni SFTS virusu koronavirusdan daha az təhlükəlidir.

Bu barədə “Report” “Qazeta.ru”ya istinadən xəbər verir.

“Hələlik ki yeni virus haqqında məlumatlar çox azdır. Yalnız bu məlumdur ki, onda koronavirusdan fərqli olaraq, mədə-bağırsaq ağırlaşmaları mövcuddur. Amma düşünürəm ki, koronavirus və qrip virusu daha çox təhlükəlidir”, – dosent deyib.

Həkim qeyd edib ki, elmdə bununla bağlı narahatlığın olub-olmaması ilə əlaqədar hələ tam təsəvvür yoxdur.

Mitroxinin sözlərinə görə, bir həftə ərzində virus haqqında daha çox şey məlum olacaq.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.