“Yol Patrul Xidmətinə işə qayıtmağım üçün 15 min manat istədi” - TƏFƏRRÜAT

17-09-2020, 10:33           
 “Yol Patrul Xidmətinə işə qayıtmağım üçün 15 min manat istədi” - TƏFƏRRÜAT
“Yol Patrul Xidmətinə işə qayıtmağım üçün 15 min manat istədi”
Bakıda polis əməkdaşına qarşı dələduzluq etməkdə ittiham olunan Naxçıvan sakini, 1979-cu il təvəllüdlü Sadiq Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Sadiq Kərimov tamah niyyətilə etibardan sui-istifadə etmək yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Xətai rayon polis idarəsinin post patrul bölüyünün polis nəfəri, polis serjantı Aqil Muradlının hal-hazırda işlədiy vəzifədən azad etdirib, Daxili İşlər Nazirliyinin Yol Patrul Xidməti Alayına inspeklor vəzifəsinə işə düzəldilməsində köməklik göstərəcəyini yalan vəd verib.

Sadiq Kərimov aldatma yolu ilə 31 iyul 2019-cu il tarixdə saat 14 radələrində ünvan 4 ünvanında yerləşən ‘İmprotex Motors" servisin qarşısında, milli məzzənə ilə 3400 manat təşkil edən 2000 ABŞ dolları və 6600 manat olmaqla ümümilikdə 10000 manat pulunu Aqil Muradlıdan alıb.

Sadiq Kərimov həmin pulu ələ keçirməklə Aqil Muradlıya qarşı xeyli miqdarda ziyan vurmaqla dələduzluq edib.
İstintaq orqanı tərəfindən Sadiq Kərimovun barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sadiq Kərimov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, tanışının vasitəsi ilə zərərçəkmiş Aqil adlı şəxsin Daxili İşlər Nazirlitinin Post Patrul xidmətindən Yol Patrul Xidməti Aalayına inspektor vəzifəsinə keçməsini ondan xahiş edib: “Mən də bu işdə 15000 manatın müqabilində kömək edəcəyimi yalandan vəd verdim. Aqil adlı şəxslə görüş etdim. İyulun 31-də, saat 14 radələrində Nəsimi rayonu, A.Salamzadə küçəsi 33 ünvanında yerləşən İmprotex Motors servisin qarşısında tanışımın iştirakı ilə zərərçəkmiş şəxs ilə görüşdüm. Görüş zamanı sonuncu milli məzənnə ilə 3400 manat təşkil edən 2000 ABŞ dolları və 6600 manat olmaqla ümümilikdə 10000 manat pulu mənə verdi. Mən də öz növbəmdə həftə ərzində onun işinin alınacağını və Yol Patrul Xidməti Alayına inspektor kimi işə bərpa təyini yalandan vəd verdiyimi bildirdim”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, zərərçəkmiş şəxs verdiyi 10000 manat pulu isə “ağciyər vərəm” xəstəliyindən əziyyət çəkən uşağının müalicəsinə və eyni zamanda öz digər acılarına xərclədiyini bildirib. Təqsirləndirilən şəxs ifadəsində onu da qeyd edib ki, ağciyər xəstəliyindən əziyyət çəkən oğlunu müalicəsi üçün pul əldə etmək məqsədi ilə ilk gündən etibarən niyyəti zərərçəkmiş şəxsi aldatmaq və pulunu ələ keçirmək olub.

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Aqil Muradlı qeyd edib ki, 2010-cu il tarixdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisinin Ekoloji nəzarət postunda Yol Patrul Xidmətinin inspektoru vəzifəsində xidmət edib. Onun sözlərinə görə, 9 dekabr 2016-cı il tarixdə Daxili İşlər Orqamlarından xaric edilib.

Aqil Muradlı bildirib ki, 2017-ci il tarixdə Daxili İşlər Nazirliyinə bərpa edilib və hazırda Xətai rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantıdır: “2019-cu il iyulun 30-da özümə məxsus “Mercedes E 240” markalı avtomobilin mühərrikinin yağını dəyişdirmək üçün Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 33 ünvanında yerləşən “İmprotex Motors” servisə apardım. “İmprotex Motors”da mühasib işləyən Teymur Abdullayev ilə söhbət əsnasında Yol Patrul Xidmətinə xidmətə qayıtmaq arzusunda olmağımı bildirdim. O atası Seymurun bu işdə köməklik göstərə biləcəyini dedi. Bundan sonra məni atası Seymurla tanış etdi. Seymur mənə bildirdi ki, Sadiq adlı şəxs məni Yol Patrul Xidmətinə işə qaytara bilər. Daha sonra Seymur və Sadiq ilə birgə Xətai rayonu, A.Cəlilov küçəsində yerləşən “Şah” restoranında görüşdük. Sadiq mənim Yol Patrul Xidmətinə qayıtmağım üçün 15000 manat istədi. İyulun 31-də, saat 14 radələrində Nəsimi rayonu, A.Salamzadə küçəsi 33 ünvanında yerləşən “İmprotex Motors” servisin qarşısında təqsirləndirilən şəxslə görüşdüm.

Sadiqə 3400 manatı 2000 ABŞ dolları və 6600 manat olmaqla, ümumilikdə 10000 manat verdim. Sadiq 15000 manatı tam şəkildə ödəməyimi təklif etdi. Mən isə işim düzəldikdən sonra qalan 5000 manatı verəcəyimi dedim”.

Nəsimi rayon Məhkəməsinin hökmü ilə Sadiq Kərimov 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.