İrəvanın bir iddiasından 100 sual fışqırır: Erməni Su-25-ni kim vurub?

30-09-2020, 00:00           
İrəvanın bir iddiasından 100 sual fışqırır:
Ermənistanın Türkiyə tərəfindən vurulduğunu iddia etdiyi Su-25 qırıcı ilə bağlı yeni detallar açıqlanıb.

Ölkənin xarici işlər naziri Zoqrab Mnatsakanyan bəyan edib ki, qırıcı 8 km. yüksəklikdə Türk dronu tərəfindən vurulub. Guya, o, Ermənistan hava sahəsinin 60 km içərisində hücuma məruz qalıb və vurulma nəticəsində pilot ölüb. Həmin vaxt, guya, Azərbaycanın Gəncə aviabazılarından qalxan F-16 qırıcıları da “hadisə yerinə” özlərini çatdırıblar. Məqsəd təyyarənin Türk dronu tərəfindən vurulduğunu ört-basdır etmək olub.

Bir sözlə, yalanın biri 5 qəpik.

Əvvəla, Ermənistan sərhədləri daxilində bir təyyarə iki əks istiqamətdən - Azərbaycandan və Türkiyədən uçub gələn hava vasitələri tərəfindən necə vurula bilər? Həmin “ovçular” erməni təyyarəsinin nə zaman havalanacağını hardan bilirdilər ki, özlərini tam vaxtında “hadisə yerinə” çatdırsın? Olmaya, erməni qırıcısı tısbağa sürəti ilə uçurmuş? Axı Su-25-lərin sürəti 2500 km/saatdır. Bir Su-25-in 60 km. məsafəni qət etməsi üçün cəmi 2 dəqiqəyə ehtiyaçı var. Yox, əgər erməni Su-25-i Ermənistan ərazisində “tur atırdısa”, Türkiyə və Azərbaycan təyyarələri onu niyə vursunlar? Ən əsası, Azərbaycanın hərbi arsenalında F-16 təyyarələri varmı? Varsa, erməni qırıcısını məhv etməyi niyə özü yerinə yetirməyib, onu Türk dronlarına vurdurub?

Göründüyü kimi, rəsmi İrəvanın uydurduğu bir yalanın içindən yüz sual fışqırır. Hər tərəfindən sual fışqıran arqumentlər isə aşsüzən kimi dəlmə-deşik olurlar. Bu da həmin iddiaların, yumşaq desək, cəfəngliyinə dəlalət edir.

Ah, Elmar Məmmədyarov, siz bu cür darbeyinli həmkarınızı niyə vaxtında aldadıb Dağlıq Qarabağ problemini qansız həllinə nail ola bilməyibsiniz? Yoxsa, siz də məntiq sahəsində ondan heç geri qalan olmayıbsınız? Atalar demişkən, taylı tayını tapmasa, günü ah-vayla keçər.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.