İlon Mask COVID-19-dan peyvənd olunmaqdan imtina etdi

1-10-2020, 07:54           
İlon Mask COVID-19-dan peyvənd olunmaqdan imtina etdi
Koronavirusa görə məhdudiyyətlərə qarşı çıxan "Tesla" korporasiyasının sahibi İlon Mask vaksinin əlçatan olmasından sonra peyvənd olunmaqdan imtina edib.

"Report" xəbər verir ki, bu barədə “Daily Star” bildirib.

Biznesmen öz qərarını o və ailəsinin risk qrupuna aid olmaması ilə izah edib. Jurnalistlərdən biri “Tesla” korporasiyasının sahibinə viruisdan ölüm hallarının sayının arta biləcəyini xatırlatdıqda Mask bildirib ki, "hamı ölür". "Bütün bunlar (epidemiya vəziyyəti-red) ümumiyyətlə insanların irrasionallığına görə mənim bəşəriyyətə inamımı azaltdı", - sahibkar deyib.

Martın əvvəlində “SpaceX” və “Tesla” rəhbəri koronavirusa görə təlaşı kütbeyinlik adlandırıb. Sahibkarın “Twitter”də paylaşılan sözləri bəzi istifadəçiləri təəccübləndirib.

Mask avqustun sonunda planetin üçüncü ən zəngin insanı olub. Ekspertlərin məlumatına görə, avqustun 31-də biznesmenin sərvəti 111,3 milyard ABŞ dollarını ötüb.

Birinci yer əvvəlki kimi "Amazon" şirkətinin rəhbəri Ceff Bezosa məxsusdur. Onun sərvəti 200 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru