Aylarla elektrik enerjisinə ehtiyacı olmayan elektromobillər gəlir - FOTO/VİDEO

2-02-2023, 11:58           
Aylarla elektrik enerjisinə ehtiyacı olmayan elektromobillər gəlir - FOTO/VİDEO
Bir çox insan yükləmə ilə bağlı çətinliklərlə əlaqədar (yer tapmaq, gözləmək) elektromobillərdən imtina edirlər. Ancaq bu problemlər artıq arxada qalır. Belə ki, günəş enerjisindən istifadə edən elektrik avtomobilləri gəlir.

“Aptera” şirkətinə məxsus bu avtomobillərin xüsusən günəşli ərazilərdə heç vaxt elektriklə yüklənməyə ehtiyacı olmaya bilər.

“Bu maşının sahibləri həftələr, hətta aylarla elektrik yükləməyə ehtiyac duymadan bundan istifadə edə bilərlər”, - deyə şirkətdən bildirilib.


Elektriklə yüklənməyə ehtiyac olduqda isə elektrokar istənilən standart elektrik yuvasına qoşula bilər. O da bildirilib ki, bir dəfə doldurulmaqla maşın ən azı 640 kilometr yol qət edə biləcək.

Elektrik avtomobilin xüsusiyyətlərinə gəlincə isə onun dörd saniyə ərzində saatda 100 kilometr sürət yığa biləcəyi, maksimal sürətinin isə saatda 160 kilometrdən bir qədər çox olacağı bildirilib.

Cari ilin sonlarında kütləvi istehsala hazırlanacaq avtomobillərin 33 min dollar dəyərində olması planlaşdırılır.






Mənbə: Daily Mail












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru