Rus qadından UNİKAL ETİRAZ: administrasiya binasına 12 it balası qoydu - FOTO

25-03-2023, 11:45           
Rus qadından UNİKAL ETİRAZ:
Rusiyanın Saxalin şəhərində bir qadın Uqleqorsk vilayət administrasiyasının binasına daxil olaraq idarələrdən birinə 12 it balası qoyub.

Publika.az xəbər verir ki, bu barədə astv.ru məlumat yayıb.

Rus qadın bu hərəkətini onunla izah edib ki, administrasiya ərazidə sığınacaq tikəcəklərinə söz versələr də, bunu etməyib. Onun sözlərinə görə, heyvanların sterilizasiyasına məsul olan şəhər meriyasıdır və onlar küçədən olduqları üçün onlara məxsusdur.

Münaqişə lentə alınıb və internetdə yerləşdirilib. Görüntülərdə mühafizəçilər binaya qutu ilə kənar şəxsin daxil olmasına görə danlanıb və gələcəkdə bunun təkrarlanmamasını xahiş ediblər.

Səlahiyyətlilər heyvanları tərk etməyiblər. Rəhbərliyin göstərişi ilə yuyulmaları və qidalanmaları təmin edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru