Dollar rekord qırdı

28-09-2023, 00:26           
Dollar rekord qırdı
SWIFT sistemi vasitəsilə beynəlxalq ödənişlərdə dolların payı avqustda 48,03%-ə çataraq yeni tarixi rekorda imza atıb.

Bunu SWIFT məlumatlarının təhlili sübut edir.

İyul ayı ilə müqayisədə dolların payı daha 1,57 faiz bəndi artıb. Beləliklə, ABŞ valyutası beynəlxalq ödənişlərdə mövqeyini möhkəmləndirməkdə davam edir. Eyni zamanda, avqustda avronun payı 1,22 faiz bəndi azalaraq, tarixən ən aşağı səviyyə olan 23,2%-ə düşüb. Bu, ilk növbədə valyutanın avrozonadan kənarda populyarlığının azalması ilə bağlı olub.
Bununla yanaşı, Çin yuanı rekord göstərici nümayiş etdirib. Avqustun sonunda onun payı bir ay əvvəlki 3,06%-ə qarşı 3,47%-ə yüksəlib.

Mənbə: gazeta.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.