Göyçayda polis aztəminatlı ailələrin uşaqlarına hədiyyələr təqdim edib - FOTO

12-09-2019, 11:56           
Göyçayda polis aztəminatlı ailələrin uşaqlarına hədiyyələr təqdim edib - FOTO
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan TEREF.AZ-a verilən məlumata görə, Göyçay
Rayon Polis Şöbəsinin əməkdaşları rayonda yaşayan aztəminatlı ailələrdən bir
neçəsinin evinə baş çəkiblər. Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq həmin
ailələrin məktəbə gedən övladlarını təbrik edib, azyaşlılara geyim, çanta, gündəlik
dərs ləvazimatları hədiyyə ediblər. Onların vətənə layiq, sədaqətli övlad kimi
böyümələrini arzulayıblar. Bu tədbir uşaqlar tərəfindən də böyük sevinclə
qarşılanıb, onlar da dərs ilini əla qiymətlərlə başa vuracaqlarına söz veriblər.
Valideynlər isə Göyçay Rayon Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına
onlara göstərdikləri diqqət və qayğıya, köməkliyə görə, öz minnətdarlıqlarını
bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru