İsmayıllıda yeni təyin olunmuş gənc müəllimlərlə görüş keçirilib

4-10-2019, 09:57           
İsmayıllıda yeni təyin olunmuş gənc müəllimlərlə görüş keçirilib
Teref.az - 03.10.2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinə yeni təyin olunmuş gənc müəllimlərlə görüş keçirilib.

Tədbiri Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova açaraq ölkə başçısının gənclərə verdiyi önəmi, dəyəri və qiyməti bildirərək gənc müəllimlərə öz tövsiyələrini verib və gələcək karyeralarında uğurlar arzulayıb.

Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov çıxış edərək İsmayıllı təhsilinin uğurlarından bəhs edib və müəllimlərə təklifl və problemləri barədə Rayon Təhsil Şöbəsinə məlumat vermələrini bildirib.

Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış edərək gənc müəllimlərin bir yerdə toplaşaraq mütəmadi əlaqə saxlamalarını və Rayon Gənclər və İdman İdarəsi ilə daima təmasda olmalarını bildirib.

Daha sonra YAP rayon təşkilatının aparat rəhbəri Anar Nəbiyev çıxış edərək gənclərin Yeni Azərbaycan Partiyasında səmərəli fəaliyyətini qeyd edib və partiyanın fəal gəncləri sıralarına qatılmaqlarını tövsiyə edib.

Rayon İcra Hakimiyyətinin əməkdaşı Namiq Kərimov çıxış edərək yeni təyin olunmuş gəncləri könüllülük fəaliyyətinə qoşulmğa çağırıb və rayonda könüllülük fəaliyyətinin geniş şəkildə təşviq olunması barədə məlumatlar verib.

Sonda Rayon İcra Hakimiyyətinin 4 nəfər könüllüsünə könüllülk fəaliyyətini başa vurmaqları barədə sertifikatlar təqdim olunub.



шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.