QUBADA ALMA OĞRULARI TUTULDU

4-10-2019, 09:59           
QUBADA ALMA OĞRULARI TUTULDU
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Teref.az verilən məlumata görə, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 30-da gecə saatlarına Harun Abdullayevə məxsus bağ sahəsindən ümumi çəkisi 1 ton olan 40 yeşik alma məhsulunu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Araşdırmalarla onların Əliməmmədoba kənd sakinləri Mahir Gəncəliyev, Zahid Niftəliyev, Rüstəm Şıxməmmədov və Zülfüqar Feyzullayev olduqları müəyyən edilib.
Dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, oğurladıqları meyvələri Z.Niftəliyevə məxsus nəqliyyat vasitəsi ilə Xaçmaz rayonuna apardıqlarını və orada yerləşən bazarda ucuz qiymətə satdıqlarını bildiriblər.
Faktla əlaqədar Quba RPŞ-də cinayət işi açılıb. Həmin şəxslərin başqa oğurluq hadisələrində iştirak edib-etməmələri araşdırılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.