DÖRD EVDƏN QIZIL-ZİNƏT ƏŞYALARI OĞURLAYAN ŞƏXS SAXLANILDI

7-10-2019, 17:41           
DÖRD EVDƏN QIZIL-ZİNƏT ƏŞYALARI OĞURLAYAN ŞƏXS SAXLANILDI
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Teref.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin avqust-sentyabr ayları ərzində rayon ərazisində 4 evdən ümumi dəyəri 25.000 manata yaxın olan qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Efəndiyev saxlanılıb.
O, törətdiyi cinayət əməllərini etiraf edib. Mənzillərdən oğurladığı qızıl-zinət əşyalarını Bakı şəhərində və Quba rayonu ərazisində dəyərindən ucuz qiymətə satan Ş.Efəndiyev əldə etdiyi pulları xərclədiyini bildirib.
Faktlarla bağlı Qusar RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb. Araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.