İsmayıllıda Beynəlxalq Əlillər günü yüksək səviyyədə qeyd edilib.

3-12-2019, 18:06           
 İsmayıllıda Beynəlxalq Əlillər günü yüksək səviyyədə qeyd edilib.
Teref.az- İsmayıllı rayonu ərazisində 7 min nəfərdən çox müxtəlif kateqoriyalı fiziki qüsurlu sakin yaşayır. Bütün Respublikada olduğu kimi, burada da, dövlət büdcəsinin sosial yönümlü olması, cənab Prezident İlham Əliyevin Sərəncamları əsasında yaradılan imkanlar əlillərin sosial həyatını zənginləşdirir,onları cəmiyyətə inteqrasiya edir, tam hüquqlu vətəndaşa çevirir.Dövlət tərəfindən müəyyən edilmiş imtiyazlar,qayğını və diqqəti əks etdirən yardımlar aid hər bir ünvana vaxtında çatdırılır. Hər hansı bir təqvim gününü gözləmədən hərəkət imkanları məhdud olan əlillərin evlərinə sistemli olaraq gedilir,onların vacib kommunal və məişət ehtiyacları öyrənilir, yerli imkanlar əsasında tədbirlər görülür. Beynəlxalq Əlillər günü ərəfəsində İsmayıllı Rayon İcra Hakimiyyəti 60 nəfərdən çox belə əlili bir daha dəqiqləşdirib, aid xidmət təşkilatlarının, icra strukturlarının nümayəndələrinin, həkimlərin iştirakı ilə onlara bağlamalar göndərib. Rayon gənclər və idman idarəsi əlillər arasında stolüstü oyunlar yarışı keçirib.

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və maliyyə dəstəyi ilə “Röya” şadlıq sarayında Beynəlxalq Əlillər gününün zirvə tədbiri keçirilib. Tədbirdə Qarabağ müharibəsi əlilləri, Çernobıl faciəsi əlilləri, ümumi səbəbdən əlillər, fiziki qüsurlu uşaqlar, xidmət təşkilatlarının rəhbərləri, DSMF rayon şöbəsinin əməkdaşları, aidiyyatı olan icra strukturlarının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bildirib ki, bütün Azərbaycan vətəndaşları,xüsusilə qayğıya daha ehtiyaclı insanlar Prezident İlham Əliyevin yaratdığı maddi və mənəvi təminatlı həyatı yaşayırlar.2019-cu ildə ölkə rəhbərinin imzaladığı sosial inqilabi xarakterli sərəncamlar yaranma səbəbindən asılı olamayaraq fiziki imkanlarını itirmiş hər bir əlilin, şəhid ailəsinin, pensiyaçının yaşam imkanlarını qat-qat artırıb. Bu onun nəticəsində mümkün olub ki, təkcə büdcəmiz yox, bütövlükdə dövlətimiz sosial yönümlüdür.

Aprel döyüşlərində qazi olmuş Yaşar Ağayev,əlil arabasında tədbirə gələn I qrup əlil Nəzakət Cəbrayılova və parolimpiyaçı I qrup əlil Şakir Ömərov, Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon filialının sədri Vidadi Zərbiyev, ailəsində üç övladı əlil olan Natiq Salmanov, gözdən əlil Rahim Səmədov, Çernobıl Əlillər İttifaqı rayon filialının sədri Məleykə Lətifova da eyni ruhda çıxış edib,Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya qayğıları, hərtərəfli dəstəkləri, maddi və mənəvi yardımları ilə insanlara fiziki çatışmazlıqlarını unutdurduqlarına görə minnətdarlıqlarını bildiriblər.

DSMF rayon şöbəsinin müdiri Kamran Muradov, Ailə və Uşaqlara Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva dövlət qurumu olaraq əlillərlə bağlı gördükləri işlərdən,ölkə rəhbərinin sosial sərəncamlarının insanlar arasında yaratdığı ruh yüksəkliyindən danışıblar.

Tədbirin başlanğıcından sonunadək optimist və pozitiv ruh özünü göstərib.

Rayon Mədəniyyət mərkəzinin hazırladığı bədii proqram iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Tədbirin başlanğıcında əlillərin əl işlərindən ibarət satış-sərgiyə baxılıb.

Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən nərd yarışında qalib gələn əlillərdən Şəfaqət Rəsulova (I yer), parolimpiyaçı Şakir Ömərova (II yer) və Azər Kərimova (III yer) medal,diplom və qiymətli hədiyyələr təqdim olunub.









шаблоны для dle 11.2










 

 




Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.