Xalqımız hər zaman ulu öndər Heydər Əliyevi minnətdarlıqla xatırlayacaq

13-12-2019, 19:14           
Xalqımız hər zaman ulu öndər Heydər Əliyevi minnətdarlıqla xatırlayacaq
Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında müstəsna xidmətləri yevlaxlılar tərəfindən yüksək dəyərləndirilir və onun əziz xatirəsi böyük ehtiramla yad olunur.
Ulu öndər Heydər Əliyevin vəfatının on altıncı ildönümü ilə əlaqədar dekabrın 12-də minlərlə rayon sakini əllərində gül-çiçək dəstələri şəhərin baş meydanına gələrək dahi rəhbərin abidəsini ziyarət edib, xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər. Rayonun mərkəzi meydanındakı izdiham xalqın öz böyük oğluna əbədi məhəbbətini təcəssüm etdirib. Meydana toplaşanlar Ümummilli Liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, ruhuna dualar oxuyublar.
Həmin gün Yevlax şəhərində Ümummilli Liderin xatirəsinə ehsan süfrəsi açılıb.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev dünya şöhrətli siyasətçi Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz üçün gördüyü böyük işlərdən danışıb. Bildirib ki, ölkəmiz üçün kifayət qədər mürəkkəb sayılan taleyüklü bir dönəmdə xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirən, müasir Azərbaycanın memarı olan ulu öndər Heydər Əliyev bəşəriyyətin yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri kimi tarixdə silinməz iz qoyub. Heydər Əliyev elə düha idi ki, bütöv bir xalqın taleyi məhz onun fəaliyyəti, cəsarəti, mübarizəsi, nurlu əməlləri ilə həll edilirdi. Ulu öndər Heydər Əliyevi bizlərdən cismən ayıran zaman kəsiyi uzandıqca onun şəxsiyyətinin böyüklüyünü, dahiliyini daha dərindən hiss edirik. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən böyük öndər Heydər Əliyev hər zaman minnətdarlıqla xatırlanacaq.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.