Sakinlərlə maarifləndirici söhbətlər aparılıb

10-08-2020, 18:12           
Sakinlərlə maarifləndirici söhbətlər aparılıb
Sakinlərlə maarifləndirici söhbətlər aparılıb
Teref.az- Şabranda koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınmasına istiqamətində Operativ Qərargah tərəfindən təyin olunmuş qaydalara rayon ərazisində əməl olunması ilə bağlı reyd keçirilib. Reyddə Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov və Şabran Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Məhəmməd İbrahimov da iştirak ediblər.
Reyd əsasən rayon ərazisində xidmət göstərən ticarət mərkəzlərində və digər qapalı obyektlərdə baş tutub. Sakinlərə pandemiya ərəfəsində həyata keçirilən tədbirlər barəsində geniş məlumatlar verilib, onlarla maarifləndirici söhbətlər aparılıb. Eləcə də tibbi maskadan istifadənin və sosial məsafənin gözlənilməsinin vacibliyi diqqətə çatdırılıb.
Keçirilən reyd zamanı Operativ Qərargah tərəfindən təyin olunmuş qaydaları pozan sahibkarlar və rayon sakinləri barəsində qanun çərçivəsində tədbirlər görülüb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru