Karantin rejimi ilə əlaqədar Mingəçevirdə növbəti reyd keçirilib

13-08-2020, 13:49           
Karantin rejimi ilə əlaqədar Mingəçevirdə növbəti reyd keçirilib
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən ictimai nəqliyyatda və qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı reyd keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundanTeref.az-a verilən məlumata görə, reyd zamanı şəhərdə fəaliyyət göstərən bir neçə gözəllik salonunda, mağazalarda və digər qapalı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərə rast gəlinib. Onlarla profilaktik söhbətlər aparılıb, qaydaları riayət etmələrinin vacibliyi izah olunub. Həmçinin, Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhərdaxili sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələri də yoxlanış məqsədilə saxlanılıb. Bəzi sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb.

Ümumilikdə qaydaları pozan şəxslər barəsində qanunauyğun tədbirlər görülüb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru