ETSN-dən tenderlə bağlı iddialara aydınlıq gətirilib MÖVQE

17-09-2020, 16:31           
ETSN-dən  tenderlə bağlı iddialara aydınlıq gətirilib MÖVQE
Teref.az yazır ki, ETSN-də keçirilən tenderlərə əılaqədər dərc olunan yazıya nazirlikdən operativ reaksiya verilib. ETSN-nin mövqeyini təqdsim edirik:
Bəzi elektron kütləvi informasiya vasitələrində dərc olunmuş “Azəryaşlandşaft ASC-də qaranlıq tender əməliyyatı” başlıqlı yazıda əks olunan iddialara ETSN-nin satınalmalar sektorunun müdiri Nəsib Orucov aydınlıq gətirib.
O bildirib ki, Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC tərəfindən “Kimyəvi maddələrin satın alınması” müsabiqəsi 11 sentyabr 2020-ci il tarixində elektron satınalma metodu vasitəsilə açıq tender üsulu ilə keçirilib.
““Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 50-1.1-ci maddəsinə uyğun olaraq keçirilmiş müsabiqədə yalnız mikro, kiçik, orta sahibkarlıq subyektləri iştirak edə bilər. Bu baxımdan tenderdə yeni yaranmış şirkətlərin iştirak etməsində heç bir məhdudiyyət qoyula bilməz”.
N.Orucovun sözlərinə görə müsabiqəyə Portal vasitəsilə beş iddiaçı şirkət tərəfindən tender təklifi təqdim olunub.
“Qiymətləndirmə nəticəsində ən aşağı qiymət təklifi verən və ən az müddətdə müqavilənin yerinə yetirilməsi üzrə öhdəlik götürən “United Procurement Chain” MMC qalib müəyyən edilib”.
N.Orucov onu da bildirib ki, bu məsələ ilə bağlı hər hansı suallar yaranarsa əlavə məlumat verməyə hazırıq.
шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.