Şəkidə avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb

27-10-2020, 10:39           
Şəkidə avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb
DİN-in “102” Zəng Mərkəzinə Şəki şəhəri ərazisində oktyabrın 26-da 3 avtomobildən oğurluq edilməsi barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “isti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillərdən maqnitofon, pul, bank kartları və digər əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini V.Abdulxalıqlı və bir yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.