Şirvanda fərdi yaşayış evlərindən oğurluq edən şəxs saxlanıldı

24-09-2022, 13:41           
Şirvanda fərdi yaşayış evlərindən oğurluq edən şəxs saxlanıldı
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində gecə saatlarında şəhər ərazisində yerləşən üç fərdi yaşayış evindən oğurluq etməkdə şübhəli bilinən Sabirabad rayon sakini Elmar Həsənov saxlanılıb.
Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməllərini etiraf edərək qanunsuz daxil olduğu evlərdən pul və qızıl zinət əşyaları oğurladığını bildirib.
Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanılıb, E.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib. Onun digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru