Kürdəmirdə iki mağazalardan oğurluq edən şəxs saxlanılıb

26-11-2022, 15:19           
Kürdəmirdə iki mağazalardan oğurluq edən şəxs saxlanılıb
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən iki mağazadan oğurluq etməkdə şübhəli bilinən rayonun Atakişili kənd sakini, əvvəllər məhkum olunmuş Ramal Şirinov saxlanılıb.
Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, R.Şirinov rayon ərazisində yerləşən mağazalara gecə saatlarında daxil olaraq, oradan 860 manat pul, 400 manat dəyərində danışıq kartları və 949 manat dəyərində tutun məmulatları oğurlayaraq zərərçəkmişlərə ümumillikdə 2209 manat maddi ziyan vurub.
Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Onun digər analoji cinayət hadisələrində iştirakının olub-olmaması araşdırılır.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.