Neftçalada polis məktəbliləri təlimatlandırır

28-01-2023, 11:48           
Neftçalada polis məktəbliləri təlimatlandırır
Neftçala Rayon Polis Şöbəsinin və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə Neftçala Peşə Məktəbində “Zərərli vərdişlərə yox deyək!” mövzusunda tədbir keçirilib.
TEREF.AZ bildirir ki, görüşdə polis şöbəsinin əməkdaşları, Gənclər Fondunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Neftçala Rayon Mərkəzi Xəstəxanasının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər keçirilən görüşün mahiyyətindən danışaraq, narkotiklərin insan sağlamlığına zərərli təsiri haqqında geniş məlumatlar veriblər. Zərərli maddələrin - "ağ ölümün" aludəçisinə çevrilən gənclərin sonu olmayan vərdişlərdən qurtulması yollarını diqqətə çatdıran məruzəçilər, bu istiqamətdə görülən işlərdə cəmiyyətin bütün üzvlərinin fəal iştirakının vacibliyini qeyd ediblər.
Tədbirin sonunda insanda asılılıq yaradan, onun bütün gələcəyini və şəxsi həyatını məhv edən narkotiklərin zərərlərindən bəhs edən film nümayiş etdirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.