5G Azərbaycanın ən sürətli şəbəkəsinin təqdimatında!

1-02-2023, 15:56           
5G Azərbaycanın ən sürətli şəbəkəsinin təqdimatında!
Bakcell 5G texnologiyasını istifadəyə verib. Hazırda sınaq rejimində fəaliyyət göstərən 5G
şəbəkəsi Bakının müxtəlif ərazilərində - Fəvvarələr Meydanında, Xaqani bağında (Molokan bağı)
və “Dəniz Mall” ərazisində mövcuddur.
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin təqdimatında 5G texnologiyasını Huawei, Xiaomi,
OnePlus, Poco və Vivo smartfonlarının sahibləri istifadə edə bilər.
Bakcell 5G texnologiyadan istifadə edən abunəçilərinə 5GB balans da hədiyyə edir. Yuxarıda
adları çəkilən mobil cihaz sahibləri 5G-nin mövcud olduğu ərazilərdə olarkən telefonda
*501*1# kodunu yığmalıdırlar. Əgər abunəçinin cihazı 5G texnologiyasını dəstəkləyirsə, onun
nömrəsinin balansına 5 GB həcmində 5G trafiki hədiyyə olunacaq. Bu balans 1 saat ərzində 5G
sınaqları keçirilən ərazilərdə istifadə edilə bilər.
Ətraflı məlumatı 5g.bakcell.com səhifəsindən əldə etmək mümkündür.
Bakcell Azərbaycanda eSIM və VoLTE texnologiyalarını tətbiq edən ilk mobil operatordur. Bakcell
şəbəkəsi Ookla® tərəfindən "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" kimi tanınır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.