Siyəzəndə əməliyyatlar zamanı 10 nəfər saxlanılıb

2-02-2023, 11:10           
Siyəzəndə əməliyyatlar zamanı  10 nəfər saxlanılıb
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat axtarış tədbirləri zamanı narkotik vasitələrin əldə etməsi, saxlanılması, daşıması və satışı ilə məşğul olan Elman Qiyasov saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman bükülülərdə satış məqsədi ilə daşıdığı narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yanvar ayı ərzində keçirilən əməliyyatlar nəticəsində isə ümumilikdə narkotiklərin əldə edilməsi, daşınması və saxlanılması ilə məşğul olan 10 nəfər ( Həsənağa Hüseynov, Gündüz Şıxəliyev, Çimnaz Bayramova, İntiqam Balayev, Xancan Bayramov, Elnur Eldarov, Hikmət Abbasov, Zöhrab Əmirquliyev və Ramin Əliyev) saxlanılıb, həmin şəxslərdən müxtəlif növ narkotik vasitələr aşkarlanıb.

Bütün faktlarla bağlı RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə E.Qiyasovun barəsində həbs qətimkan tədbiri, digər şəxslərin barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.