Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları şəhidi ailəsini ziyarət ediblər FOTO

20-03-2023, 15:15           
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları şəhidi ailəsini ziyarət ediblər  FOTO
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları Novruz Bayramı münasibətilə torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu, baş əsgər Kamran Fərəcovun ailəsini ziyarət ediblər.
Polis əməkdaşları şəhidin valideynləri ilə həmsöhbət olub, qayğıları ilə maraqlanıblar, gətirdikləri bayram sovqatını təqdim ediblər.
Həmçinin ziyarət zamanı şəhid və qazilərimizin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, qəhrəmanlıqlarının tariximizdə əbədi yaşayacağı vurğulanıb.
K.Fərəcovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə başda DİN rəhbərliyi olmaqla, Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.