Ölmüş Bağdadi yenə "xortladı"- Bağdadi qorxunc planı açıqladı

18-09-2019, 00:07           
Ölmüş Bağdadi yenə "xortladı"- Bağdadi qorxunc planı açıqladı
İŞİD terror təşkilatının lideri Əbu Bəkir əl-Bağdadiyə aid olduğu iddia edilən səs yazısı yayılıb.

Xarici KİV xəbər verir ki, səs yazısında İŞİD-in və liderinin yox edildiyi təkzib olunur, terror təşkilatının öz varlığını qoruduğu və hədəflərinə çatmaq üçün mübarizəni davam etdirdiyi bildirilir.

Səs yazısının axır vaxtlar böyük itkilər verən təşkilat və üzvlərinə stimul vermək üçün yayımlandığı qeyd olunub.

Bağdadi “Furkan” adlı bir mənbə tərəfindən yayımlanan səs yazısında bu ifadələrə yer verib:

“İŞİD-in yaranmasının üstündən 5 il keçməsinə baxmayaraq, hələ də öz mövcudluğunu qoruyur və öz hədəflərinə çatmaq üçün səylərini davam etdirir”.

Əbu Bəkir əl-Bağdadi səs yazısında təfkirçi terrorçulardan İŞİD-ə bağlı qalmasını tələb edərək, bu terror təşkilatının sıralarına qoşulub biət edənləri məmnuniyyətlə qarşılayacağını söyləyib.

Bağdadi mesajına belə davam edib: “İŞİD üzvləri bu döyüşdə 11 ölkəni hədəf aldı, üç gündə ümumilikdə 63 əməliyyat həyata keçirdi, 10 şəhər hələ də İŞİD-in nəzarətindədir”.

Əbu Bəkir əl-Bağdadi ABŞ ordusu və bu ölkənin Somali, Nigeriya, Yəmən, Tunis, Liviya və Asiya ölkələrindəki müttəfiqlərinə xəbərdarlıq edib və onların da sonunun ABŞ-ın İraq, Əfqanıstan və Suriyadakı qüvvələrinin sonu kimi olacağını bildirib.(olaylar)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.