Suriya Ordusu Fəratın şərqində yeni kəndlərə daxil olub

19-10-2019, 12:56           
Suriya Ordusu Fəratın şərqində yeni kəndlərə daxil olub
Suriya Ordusu Həsəka əyalətinin bir neçə kənd və qəsəbəsinə daxil olub.

SalamNews SANA istinadla xəbər verir ki, rəsmi Dəməşqlə kürd bölmələri arasında əldə edilən razılığa əsasən Suriya Ordusu Həsəka əyalətinin Təll-Təmr bölgəsində yerləşən daha üç qəsəbə və kəndə daxil olub.

Qeyd edək ki, Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatı fonunda kürd bölmələri bəzi əraziləri Suriya Ordusuna təhvil verməyə məcbur qalıblar. Razılaşmaya əsasən Ordusu Fəratın şərqi və şimalında bir sıra şəhər və qəsəbələrdə, hava limanları və sərhəd keçidlərində yerləşib.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.