Polis canlı yayımda etirazçını güllələdi

12-11-2019, 00:45           
Polis canlı yayımda etirazçını güllələdi
Honkonq polisi maskalı etirazçını güllə ilə gövdəsindən vurub.
Bu olay şəhər boyu qarşıdurmalara və polisə qarşı qəzəbin yenidən artmasına gətirib çıxarıb. Orada etirazçılar küçələri blok edib, polis zabitlərini təhqir edib.

Güllələmə anı Feysbukda canlı göstərilib. Bu, beynəlxalq maliyyə mərkəzində beş aydan çoxdur davam edən demokratiya lehinə etirazlarda yaşanan ən son gərginlikdir.

Feysbuk videosunda polis zabitinin Sai Van Ho rayonunda etirazçıların bağladığı yol kəsişməsində maskalı etirazçını saxlamağa çalışarkən ona tapança çəkdiyi göstərilir.

Daha sonra digər silahsız maskalı şəxs polis zabitinə yaxınlaşır və güllə ilə vurularaq, yerə yıxılır.

Bundan bir neçə saniyə sonra polis zabiti bir başqa maskalı etirazçı ilə yerdə dalaşarkən daha iki dəfə atəş açılır. Onların hər ikisi polis tərəfindən saxlanılıb.

Videoda ilk insanın yanında yerdə qanın olduğu göstərilir, lakin o, daha sonra qaçmağa başlayıb.

İkinci şəxsin isə şüuru yerindədir və o, əlləri qandallanarkən müxbirlərə öz adını söyləyir.

Honkonq polisi bildirib ki, bir nəfərə güllə dəyib, xəstəxana rəsmiləri isə 21 yaşlı bir kişinin güllə ilə yaralandığını bildirib.

Yarı-muxtar Çin şəhərində 24 həftədir genişmiqyaslı və getdikdə zorakı hal alan etirazlar keçirilir, lakin Pekin daha çox demokratik hüquqlar və polis cavabdehliyinə çağıran hərəkata təslim olmağı rədd edir. (Teleqraf.com)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.