SON DƏQİQƏ: İran yenidən qarışdı – Polislər öldürülür – VİDEO

19-11-2019, 16:30           
SON DƏQİQƏ: İran yenidən qarışdı – Polislər öldürülür – VİDEO
İranın paytaxtı Tehranda benzinin bahalaşmasından sonra baş qaldıran aksiyalarda İslam İnqilabı Keşikçiləri Korpusu və milis qüvvələrinə mənsub 3 nəfər ölüb.

“Fars” xəbər agentliyi polislərin Mələrd rayonunda aksiyaçılarla aralarında baş verən insidentdə öldüyünü bildirib.

Bundan başqa, Şirazda cümə günündən etibarən baş qaldıran iğtişaşlar zamanı 75 bank şöbəsi yandırılıb.

Başda Tehran olmaqla, Təbriz, Məşhəd, Əhvaz, İsfahan, Şiraz, Yəzd, Kirman və Kərəç şəhərlərində aksiyalar çərçivəsində yanacaqdoldurma məntəqələri, ictimai binalar və polis avtomobilləri məhv edilib.

Müxalif kanallar və sosial media istifadəçiləri ölü və yaralı sayının rəsmi açıqlamalardakından daha çox olduğunu iddia edir. (publika.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru