Rusiya bankı müştərisinə "yəhudiləri öldürün!" kodu göndərdi... -Ağlasığmaz-FOTO..

22-11-2019, 19:18           
Rusiya bankı  müştərisinə  "yəhudiləri öldürün!"  kodu göndərdi... -Ağlasığmaz-FOTO..
Rusiyanın ən iri və məşhur banklarından biri müştərisinə "yəhudiləri öldürün!" mənasını verən bir promo-kod yollayıb.

Moderator.az-ın İsrail mediasına istinadla verdiyi xəbərdə belə deyilir. “Amnesty International”ın Moskvadakı keçmiş yaradıcı məsləhətçisi Artyom Çapayev 20 noyabr çərşənbə günü “Tvitter”də “Sberbank”dan smartfonuna gəlmiş mətn şəklində parolun ekran görüntüsünü yerləşdirib. Kod rus dilində olub, ancaq latın hərfləri ilə yazılıb və "CRYVKILLJEWS" ifadəsini meydana gətirib.
“Tvit” populyarlıq qazanmağa başladıqdan sonra “Sberbank” “görüntünün fotoşop edildiyi və orijinal olmadığı barədə məlumat yayıb. "Ekran görüntüsü parolun redaktə olunduğunu açıq şəkildə göstərir. Beləliklə, kimsə açıq şəkildə bizi "vurmaq" istəyir" -deyə 51% -i Rusiya Mərkəzi Bankına məxsus olan bankın nümayəndəsi yazıb. Ancaq bir müddət sonra “Sberbank” görüntünün həqiqiliyini tanıyıb və bunun təsadüfi kod istehsalının nəticəsi olduğunu bəyan edib.

"Bu, həqiqətən fotoşop deyil. Biz özümüz də təəccüb içindəyik. Amma bu vəziyyət tamamən bir təsadüfdür. Kod generatorumuz heç kəsi təhqir etmək istəməyib" -deyə “Sberbank”dan bildiriblər.

Sultan Laçın












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.