Ermənistan son iki ildə hərbi arsenalını intensiv şəkildə artırıb

7-12-2019, 05:39           
Ermənistan son iki ildə hərbi arsenalını intensiv şəkildə artırıb
Ermənistan Silahlı Qüvvələri son iki ildə öz hərbi arsenalını intensiv şəkildə artırıb. Teref.az"Sputnik"ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Ermənistan müdafiə nazirinin müavini Qabriel Balayan bildirib.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin müzakirəsi zamanı Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib ki, 2018-ci ildən bəri ötən illər müqayisədə indiyə qədər görünməmiş miqdarda silah alıb.

Bu bəyanatı şərh edən Balayan əlavə edib ki, Ermənistan mövcud vasitələri modernləşdirməklə yanaşı parlalel olaraq yeni və müasir silahlar alıb.

"Çox təəssüflər olsun ki, mən təyyarələrdən başqa alınan silahların nomenklaturasını açıqlaya bilmərəm", - deyə Ermənistan müdafiə nazirinin müavini bildirib.

Qırıcılara gəldikdə isə onlar Ermənistanda gələn ilin yanvar-fevral ayında olacaq.

Qeyd edək ki, daha əvvəl Ermənistan Müdafiə nazirinin mətbuat katibi Artsurun Ovannisyan Sputnik Ermənistan-a bildirmişdi ki, Ermənistan Müdafiə Nazirliyi həm nağd pul, həm də kredit vasitəsilə dörd ədəd Rusiya istehsalı "Su-30 SM" qırıcısı alıb. Bir "Su-30 SM" qırıcısının (silahsız) dəyəri təxminən 22 milyon dollardır.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.