Dünya bu fotodan danışır: Trampın kürəyinə “silah” dirədilər

7-12-2019, 02:47           
Dünya bu fotodan danışır: Trampın kürəyinə “silah” dirədilər
Avropa Xalq Partiyasının lideri, Avropa İttifaqı Şurasının keçmiş Prezidenti Donald Tuskun ABŞ Prezidenti Donald Trampın kürəyinə "silah” dirədiyi foto bütün dünyada gündəmə çevrilib.
"CNN Türk” xəbər verir ki, sözügedən fotonu Tusk "Twitter” hesabında paylaşıb.
Fotoda Tusk iki barmağını ABŞ Prezidenti Donald Trampın kürəyinə silahabənzər şəkildə tutub
Tusk fotonu "dövri turbulentliklərə baxmayaraq, transatlantik dostluğumuz davam etməlidir” başlığı ilə paylaşıb.
Rəsmilərin geyimləri nəzərə alınaraq fotonun ötən il Kanadada təşkil olunan G7 zirvəsində çəkildiyi bəlli olub.
Hələlik ABŞ prezidenti paylaşıma heç bir reaksiya verməyib.
7News.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru