ABŞ Konqresindən Rusiyaya qarşı daha bir – Şok qərar

12-12-2019, 16:57           
ABŞ Konqresindən Rusiyaya qarşı daha bir – Şok qərar
ABŞ Senatının Beynəlxalq əlaqələr komitəsi Dövlət Departamentinə ünvanlanın və Rusiyanın terroru maliyyələşdirib-maliyyələşdirmədiyinədair qərar verməsini tələb edən layihəni təsdiqləyib.
Bu barədə Senatın Beynəlxalq əlaqələr komitəsindəki qaynaq “Sputnik”ə bildirib.
Bundan sonra Rusiyaya qarşı daha sərt sanksiyaların qarşısını açacaq qanun layihəsi iki ölkə arasında gərgin olan münasibətlərə əlavə problem kimi ortaya çıxacaq.
ABŞ-a görə, terroru dəstəkləyən ölkələr siyahısında İran, Şimali Koreya, Suriya və Sudan yer alır. Kuba, İraq və Cənubi Yəmən sonradan bu siyahıya əlavə edilib.
Senatın Beynəlxalq Əlaqələr Komitəsi eyni zamanda ABŞ Prezidenti Donald Trampın ABŞ-ın NATO-dan çıxma prosedurunu Konqresin razılığı olmadan başlatma hüququndan mərhum edilməsinə dair qərarı da təsdiq edib.
Rusiya ilə əlaqəli qəbul edilən qanun layihəsinə əsasən, Dövlət Departamenti Konqresin komitələrinə mövzu ilə bağlı məlumatlar verməli, Donbasda Rusiyanın nəzarətindəki silahlı qrupların olub-olmadığını, bu qrupların Luqansk və Donetsk “respublikalarında” silahlı qruplarla birlikdə xarici terror şəbəkəsi standartına uyğun olub-olmamasını müəyyən etməlidir.
Qeyd edək ki, ABŞ dövlət katibinin müavini Devid Hale Dövlət Departamentinin Rusiyanı “terror sponsoru” olaraq görmədiyini və ölkəsinin Rusiyanın da terror hücumlarının qurbanı olduğunu qəbul etməsinin lazım gəldiyini qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.