KİV: İranın daxilində olan bir qrup Nətənz nüvə obyektindəki yanğını öhdəsinə götürüb

3-07-2020, 10:40           
KİV: İranın daxilində olan bir qrup Nətənz nüvə obyektindəki yanğını öhdəsinə götürüb
BBC-nin məlumatına görə bu qrup iddia edib ki, onlar İranda təhlükəsizlik qurumlarına nüfuz ediblər...

"İranın daxilində olduğunu bildirən və özünü “Milli Bəbirlər” adlandıran bir qrup Nətənz nüvə obyektinin ərazisində baş verən yanğın hadisəsinin onlar tərəfindən törədildiyini bildirib."



Teref.az SalamNews-a istinadən xəbər verir ki, bu barədə BBC.Farsi- iddia irəli sürüb.



BBC iddia edib ki, Nətənz nüvə obyektində baş verən hadisədən sonra onların redaksiyasına “hücumu” törətdiklərini iddia edənlər tərəfindən məlumat daxil olub. Məlumatda iddia edilib ki, Nətənz nüvə obyektinin ərazisində anbarların birində baş verən yanğın hadisəsi “Milli Bəbirlər” tərəfindən həyata keçirilib.



BBC-nin məlumatına görə bu qrup iddia edib ki, onlar İranda təhlükəsizlik qurumlarına nüfuz ediblər.



Qeyd edək ki, İranın Atom Enerjisi Təşkilatı hadisə nəticəsində Nətənzdə işlərin dayanmadığını və adi qaydada davam etdiyini bildirib. İran tərəfi hadisənin araşdırıldığını və tezliklə ictimaiyyətə məlumat veriləcəyini bəyan edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.