Suriyada naməlum təyyarələr Əsəd qüvvələrinin tərkibindəki xarici silahlı qruplara hücum edib

11-07-2020, 11:18           
Suriyada naməlum təyyarələr Əsəd qüvvələrinin tərkibindəki xarici silahlı qruplara hücum edib
Suriyanın şərqindəki Deyz-əz-Zor bilayətində prezident Bəşər Əsədin tərəfində vuruşan xarici silahlı qruplara naməlum döyüş təyyarələri tərəfindən hücum olunub. Ordu.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi yerli etibarlı mənbələrə istinadən məlumat yayıb.
Döyüş təyyarələri vilayətin Elbukemal ərazisi yaxınlığında silahlı qrupların hərbi karvanını hədəf alıb.
Məlumatda qeyd olunur ki, hücum nəticəsində 35 silahlı şəxs öldürülüb.
Hələlik hücuma görə məusliyyəti heç kim üzərinə götürməyib.
Sevinc Əliyeva
Ordu.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.