Rusiyada koronavirus peyvəndinin sınaq nəticələri açıqlandı – Tək mənfi təsiri...

12-07-2020, 11:52           
Rusiyada koronavirus peyvəndinin sınaq nəticələri açıqlandı – Tək mənfi təsiri...
Rusiyada “Seçenov” universitetində könüllülər üzərində sınaqdan keçirilən koronavirus peyvəndinin nəticələri barədə məlumat verilib.
Yeniavaz.com “ria.ru”ya istinadla sınaqlar iki könüllü qrup arasında aparılıb. İlk qrupa peyvəndin bir dozası, növbəti qrupa isə ikinci dozası vurulub. Sınaqlar uğurla keçib. Peyvəndin tək mənfi təsiri vurulduqdan sonra ilk günlərdə bədəndə temperaturun nisbətən artması olub. Başqa heç bir əks təsir qeydə alınmayıb. Sınağı keçirən həkimlər könüllülərin özlərini yaxşı hiss etdiyini bildirib. Qeyd edək ki, Bəhs edilən peyvəndin klinik sınaqları iyun ayının 18-dən başlayaraq aparılıb. Peyvəndin özü isə N. F. Qamalei adına Rusiya Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzi tərəfindən hazırlanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.