Bayden seçkiöncəsi təşviqata 280 milyon dollar xərcləməyi planlaşdırır

6-08-2020, 00:00           
Bayden seçkiöncəsi təşviqata 280 milyon dollar xərcləməyi planlaşdırır
ABŞ-ın sabiq vitse-prezidenti, noyabr ayına planlaşdırılan prezident seçkilərində Demokratlar partiyasından namizəd olacağı gözlənilən Cozef Bayden seçkiöncəsi təşviqat kompaniyasına 280 milyon dollar xərcləmək niyyətindədir. Həmin məbləğin 60 milyon dolları internet vasitəsilə təşviqata sərf olunacaq.

Teref.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Cozef Baydenin qərargahı məlumat yayıb. Məlumata görə, təşviqat kompaniyası Miçiqan, Viskonsin, Pensilvaniya, Arizona və Corciya da daxil olmaqla, 15 ştatın ərazisində aparılacaq.

Qeyd edək ki, ABŞ-da 59-cu prezident seçkiləri noyabr ayının 3-nə planlaşdırılıb. Bu seçkilərdə ali dövlət postuna demokratların namizədinin sabiq vitse-prezidenti Cozef Bayden, respublikaçıların namizədinin isə Donald Tramp olacağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru