Beyrutdakı partlayış ölkəyə 15 milyard dollar maddi ziyan vurub

6-08-2020, 00:04           
Beyrutdakı partlayış ölkəyə 15 milyard dollar maddi ziyan vurub
Livan Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında yerləşən Beyrut limanında baş verən partlayışın ölkəyə vurduğu maddi ziyanın məbləği açıqlanıb.

Big.az “Report”a istinadən xəbər verir ki, dəyən ziyanın məbləğini Beyrut şəhərinin qubernatoru Mərvan Abbud “Al-Hadath” telekanalına verdiyi açıqlamasında söyləyib.

“Partlayış nəticəsində vurulan maddi ziyan elan ediləndən daha çox ola bilər. Bu, 15 milyard ABŞ dolları qədər ola bilər”- deyə, o bildirib.

Qeyd edək ki, avqustun 4-də Livan Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında yerləşən Beyrut limanında güclü partlayış baş verib.

Son məlumata görə, partlayış 135 nəfərin həyatına son qoyub, 5 minə yaxın insan yaralanıb, onlarla insan itkin düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru