Paşinyan Lukaşenko haqda nələr yazıb? - Görün, kim kimi qəddarlıqda ittiham edir...

14-08-2020, 18:46           
Paşinyan Lukaşenko haqda nələr yazıb? -
Ermənistan Baş naziri Nikol Paşinyanın Belarus Prezidenti Aleksandr Lukaşenko ilə bağlı ikiüzlü davranışı gündəmə gəlib.

Axar.az xəbər verir ki, Ermənistanın Respublikaçı Partiyasının sədr müavini Armen Aşotyan Paşinyanın Lukaşenkonu təbrik etməsinə reaksiya verərək, onun "Aykakan Jamanak" qəzetinin redaktoru olduğu 2010-cu ildə Lukaşenkonun yenidən prezident seçilməsi ilə bağlı məqaləsini paylaşıb.

Aşotyanın paylaşdığı məqalədə Paşinyanın Lukaşenko haqqında "Bolşevik Lukaşenko”, “Belarus diktatoru", "Lukaşenko və ona bənzəyənlər satqınlıqdan imtina etmir, öz hakimiyyətlərini qorumaqdan ötrü yüzlərlə, minlərlə insanı öldürməli olurlar" kimi ifadələrə yer verməsi əks olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.