ABŞ bu ölkədə dövlət çevrilişi etmək istəyir - Türk düşməni hakimiyyətə gətirilə bilər

18-09-2020, 11:02           
ABŞ bu ölkədə dövlət çevrilişi etmək istəyir -
ABŞ-ın İsraillə ərəb dünyası arasında münasibətləri normallaşdırmasına yönəlik uğurlu cəhdlərinə paralel olaraq Fələstində də hakimiyyəti dəyişmək planları ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, belə planların mövcudluğunu ABŞ-ın İsraildəki səfiri David Friedman mətbuata verdiyi açıqlamada deyib.

Diplomat deyib ki, Vaşinqton Fələstin Azadlıq Təşkilatından (FƏT) çıxarılan Məhəmməd Dahlanı Fələstin dövlət başçısı Mahmud Abbasın yerinə gətirməyi düşünür.

Səfir iddia edib ki, Fələstin iqtidarı xalqına lazım olan xidməti etmir.

Fələstinin liderliyinə Birləşmiş Ərəb Əmirliyində yaşayan Dahlanın gətirilməsi haqda suala cavabında diplomat bildirib ki, Abbası Dahlan ilə dəyişməyi düşünürlər:

“Ancaq Fələstin iqtidarını şəkilləndirmə arzumuz yoxdur. Fələstinlilərin idarəçiləri hələ çox köhnə və əlaqəsiz şikayətlərlə məşğuldurlar. XXI əsrə qatılmaları lazımdır. Hazırda tarixin səhv tərəfindədirlər”.

Səfir Friedmann işlətdiyi skandal ifadələrə Fələstin rəsmiləri sərt reaksiya göstərib. Mahmud Abbasın sözçüsü Nəbil Əbu Rudeyne ABŞ-ın təhdid və təzyiq siyasəti ilə Mahmud Abbasa qarşı bu cəhdin uğursuzluğa məhkum olcağını bildirib. Əlavə edib ki, milli mübarizəni təxirə salmağı niyyətləyən sui-qəsdlərin və xalqın simvollarına ediləcək hücumun bir dəyəri yoxdur: “Fələstin Yolunu müəyyən edəcək və liderini seçəcək xalqdır”.

Fələstin dövlətinin başçısı Mahmud Abbas Yasir Ərəfatın 2004-cü ildə vəfatından qısa bir il sonra, 2005-ci ildə seçkilər vasitəsilə dövlət başçısı seçilib.

ABŞ-ın Fələstində hakimiyyətə gətirmək istədiyi Məhəmməd Dahlan FƏT-də ciddi fəaliyyəti səbəbindən gənc yaşlarında İsrail həbsxanalarına salınıb. Burada yəhudi dilini öyrənib və 1993-cü il Oslo razılaşmasının ardınca Qəzzada qurulan 20 minlik Fələstin Gücünün başına keçib. Mossad, MKİ, ərəb və qərb kəşfiyyat xidmətləri ilə təmas halında olan Dahlan Yasir Ərəfata rəqib olmağa başlayıb. ABŞ və İsraillə “şübhəli” münasibətlər quran Dahlan İsrailin Qəzzanın işğalını davam etdiyi dövrdə qanlı siyasi cəhdlərlə mövqelərini gücləndirməkdə davam edib.

Barəsində “Ərəfatı öldürdüyü xidmət müddətində əldə etdiyi pullar hesabına zəngin həyat qurması” iddiası ilə cinayət işi açılan Dahlan Qərbi Şerianı tərk edərək Abu Dabidə yerləşib.

Dahlan həmçinin Türkiyəyə qarşı fəaliyyəti ilə də tanınıb. Yaxın Şərqdə son illər baş verən qanlı döyüşlərdə və pozuculuq fəaliyyətində izi olan Dahlan Türkiyədə FETÖ-nün dövlət çevrilişini dəstəkləyib. Hazırda Dahlan hərbi və siyasi casusluq ittihamı ilə axtarışa verilməsi ilə gündəmə gəlib.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.