Rus pulu ağır vəziyyətə düşüb

26-09-2020, 00:00           
Rus pulu ağır vəziyyətə düşüb
Rusiya rublu tarixinin ən ağır günlərindən birini yaşayır. Sentyabrın 25-də rus pulunun Qərb valyutalarına nisbətdə məzənnəsi kəskin aşağı düşüb. Təxminən 3 faizə yaxın geriləmə qeydə alınıb.

Bizimyol.info xəbər verir ki, gün ərzində dolların məzənnəsi 78.50-yə çatıb. 2020-ci ilin martından bəri ABŞ valyutası Rusiyada bu qədər dəyərə minməmişdi. Avro isə 2016-cı ilin fevralından belə güclənməmişdi. Avropa valyutası 91 rubldan baha satılmağa başlayıb.

Rusiya rublunun kəskin dəyər itirməsində bir neçə vacib amil əsas rol oynayıb.

Birincisi, Rusiya iqtisadiyyatı yaxşı vəziyyətdə deyil.

İkincisi, neftin qiyməti çox aşağıdır.

Üçüncüsü, müxalifət lideri Aleksey Navalnının zəhərlənməsi Rusiyaya baha başa gəlməlidir.

Dördüncüsü, Belarusda vəziyyət iki aya yaxındır korlanıb, sanksiya gözlənilir.

Beşincisi, bölgədə Türkiyə lirəsinə də inam azalıb.

Hələ başqa amillər də qeyd etmək olar. Bu şəraitdə Rusiya rublu kəskin dəyər itirməyə bilməz.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru