ABŞ vətəndaşlığından çıxanların sayı kəskin şəkildə artır

17-10-2020, 12:01           
ABŞ vətəndaşlığından çıxanların sayı kəskin şəkildə artır
2020-ci ilin ilk 6 ayında ABŞ vətəndaşlığından çıxmaq istəyənlərin sayı 5000 nəfəri ötüb.

Cebhe.info-nun xarici mətbuata istinadən xəbərinə görə, bu barədə ölkənin rəsmi mətbuat orqanları məlumat yayıb.

İlk yarımillikdə vətəndaşlıqdan çıxmaq üçün 5313 nəfər müraciət edib. Bu tendensiya davam edəcəyi təqdirdə ilin sonunadək Birləşmiş Ştatların 10 mindən çox vətəndaşını itirəcəyi güman edilir.

Son 10 ildə ABŞ vətəndaşlığından çıxanların sayı isə 37 min nəfərdir.

Mütəxəssislər bu tendensiyanın səbəbinin ABŞ xaricində yaşayan vətəndaşların hər il vergi bəyannamələrini doldurmaq məcburiyyətindən azad olmaq istəkləri ilə bağlı olduğunu bildiriblər.

ABŞ Dövlət Departamentinin məlumatına görə, təxminən 9 milyon ABŞ vətəndaşı ölkə xaricində yaşayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru