“Səssiz yəhudi köçü” başlayıb

27-10-2020, 10:10           
“Səssiz yəhudi köçü” başlayıb
Dünyada 15 milyon yəhudi var. 1880-cı illərdə yəhudilərin 90 faizi Avropada yaşayırdı, hazırda bu qitədə cəmi 1,3 milyon yəhudi var.
Teleqraf.com xəbər verir ki, Londonda fəaliyyət göstərən Yəhudi Siyasət Araşdırma İnstitununun araşdırmalarına görə, İngiltərə, Rusiya və Türkiyənin də aralarında olduğu Avropadakı yəhudi nüfuzu min ılin ən aşağı səviyyəsinə düşüb.

Araşdırmaya görə, hazırda Avropada cəmi 1,3 milyon yəhudi yaşayır. Araşdırmadan aydın olub ki, 1970-ci ildən bu yana Avropada yəhudilərin sayı 60 faiz azalıb.

1970-ci illərdə Avropada 3,2 milyon yəhudi yaşayıb. Daha sonra anti-semitizm və assimlyasiya səbəbindən Avropa ölkələrindən “səssiz yəhudi köçü” baş verib. 1970-ci ildə Türkiyədə 39 min yəhudi yaşayıb, hazırda bu say 14600 nəfərdir.

Qeyd edili ki, qarışıq evliliklər də yəhudi toplumu üzərində təsirə sahibdir. Polşada yəhudilərin 70 faizi yəhudi olmayanlarla ailə qurur. Macarıstanda bu göstərici 50 faizdir. Oxşar rəqəmlərə Hollandiya, Danimarka, Fransa və İngiltərədə də rast gəlmək mümkündür.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.