Kreml Kadırovun Makron haqda tənqidindən xoşlanmadı – Peskovdan xatırlatma

28-10-2020, 20:51           
Kreml Kadırovun Makron haqda tənqidindən xoşlanmadı – Peskovdan xatırlatma
Rusiyanınxarici siyasətində prezidentin formalaşdırdığı xətt rəhbər tutulmalıdır.

Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Prezidentinin mətbuat katibiDmitri Peskov Çeçenistan rəhbəri Ramzan Kadırovun Fransa Prezidenti Emmanuel Makronaqarşı sərt sözləri ilə bağlı sualı cavablandırarkən deyib.

PeskovRusiya qanunvericiliyində ölkənin xarici siyasətinin müəyyən edilməsindəprezidentin aparıcı rolunu müəyyənləşdirdiyini söylədi:

"Federasiyasubyektlərinin rəhbərləri xarici siyasətlə məşğul ola bilməzlər. Üstəlik dəonlar xarici siyasəti formalaşdırmır, onunla bağlı qərar vermirlər..."

Xatırladaq ki, Çeçenistanın başçısı Ramzan Kadırov Makronu Məhəmməd peyğəmbərin karikaturalarınınyayılmasını dəstəkləməklə "insanları cinayət törətməyə məcbur etməkdə"günahlandırıb: "Fransa Prezidentinin özü indi bir terrorçuya oxşamağa başlayır.O, təxribatları dəstəkləyərək gizli şəkildə müsəlmanları cinayətlərə səsləyir.Makron peyğəmbərin karikaturalarının möminlər tərəfindən ağrıyla qəbuledildiyini bilməlidir. Ancaq o öz hərəkətləri ilə, hər hansı bir adekvatliderin etməsi lazım olduğu kimi etmir, əksinə atəşi söndürməkdənsə körükləyir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.