İran və Ukrayna arasında GƏRGİNLİK- Kiyevdən diqqətçəkən addım

6-10-2022, 12:07           
İran və Ukrayna arasında GƏRGİNLİK- Kiyevdən diqqətçəkən addım
İranın Rusiyaya pilotsuz uçan aparatlar (PUA) satması səbəbindən Ukraynanın bəzi iranlı tələbələri ölkədən qovduğu iddia edilir.

Bu barədə İranda fəaliyyət göstərən “Entekhab” saytı məlumat yayıb.

Artıq Ukraynada təhsil alan bəzi iranlı tələbələrin bu səbəbdən deportasiya edildiyi bildirilib.

“Ukrayna bizi deportasiya etdi. Pasportlarımızdakı möhürlə bu ölkəyə girişimizə üç il qadağa qoyuldu. Səbəb kimi İranın Rusiyaya pilotsuz təyyarələr satmasını göstərdilər”, - tələbələrdən biri sayta deyib.

Xəbərdə tələbələrin pasportlarına vurulan möhürlə 3 il müddətinə bu ölkəyə girişlərinə qadağa qoyulduğu vurğulanıb.

İran hökuməti hələlik mövzu ilə bağlı açıqlama verməyib.

Ukraynada təhsil alan iranlı tələbələrin sayının 1424 nəfər olduğu bildirilir.

ABŞ Rusiyaya dron satması səbəbindən İrana yeni sanksiyalar tətbiq edib. Ukraynanın isə İran səfirini ölkədən qovduğu məlumatı yayılıb./teleqraf.com




Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.