Telli Pənahqızı yaradcı insanlara və təşkilatlara müraciət etdi: " Susmayaq, həqiqətləri dünyanın dörd bir tərəfinə çatdıraq!"

2-08-2020, 13:18           
Telli Pənahqızı yaradcı insanlara və təşkilatlara müraciət etdi:
Sabahınız xeyir, dəyərli dostlar!

Bu gün mən üzvü olduğum Azərbaycan Jurnalistlər Birliyinin sədri, çox hörmətli Elçin Şıxlıya, Azərbaycan Yazıçılar Birliyinin sədri , ağsaqqaliımız, qüdrətli qələmdaşımız Anar müəllimə, illərdən bəri yaradıcılıq əməkdaşlığında olduğum Rəssamlar İttifaqının sədri Ferhad Xəlilova, Bəstəkarlar İttifaqının sədri, əzizimiz Firəngiz Elizadəyə müraciət etmək istəyirəm :
Əzizlərim! Bilirsiniz ki, dünyanın yeni düzəni söz, fikir, ideya çarpışmasında qalib gələnlərin əli ilə səhmanlır, 21-ci əsrin ixtiyar sahibləri daha çox hay-küy qoparıb dünyanı yalanlara, şərə, böhtana inandırmağı bacaranlardır. Bizim bir çoxumuz elə bilirik ki, planetimizin dörd bir yanında yaşayan insanlar, xüsusilə də super dövlətlərin sakinləri və ya bu dünyanı yönəldən ölkələrin vətəndaşları əslər boyu başına müsibətlər gətirilən, ərazisi qayçılanıb ona -buna, yersizlərə, qaraçılara, vətənsizlərə vətən düzəldilən, təbii sərvətləri, yerləşdiyi coğrafi ərazisi başına bəla olan Azərbaycanın yaşadığı problemin həqiqi çalarlarından xəbərdadır. Uzaq Amerikada, Avropada, Asiyada milyardlarla insanın əsl həqiqəti nəinki araşdırmaq, heç bilmək , öyrənmək həvəsi, vaxtı belə yoxdur! Hetta 70 il əsarətində yaşadığımız Böyük Rusiyada da çox adam mənim ölkəmin harada yerləşdiyindən bixəbərdir.
Mətləbdən uzaqlaşmayım. Hərb yolu ile torpaqlarımızı goreşən sürüdən, soysuz erməni qatillərindən almağa imkan verilməyən bir dövrdə bizim gücümüz ancaq ve ancaq sözə, təbliğata, xalq diplomatiyasına çatır. Gəlin biz, söz, qələm,tişə,fırça sahibləri, bəstəkarlar, efirdən düşməyən sənətçilər hərəkətə keçək, dünyanın dörd bir yanında əlimiz çatan, gücümüz yetən yaradıcılıq təşkilatlarına, qurumlara, həmkarlarımıza, dostlarımıza müraciət edek,onlara işin həqiqətini çatdıraq.
Deyəcəksiz ki, bir vaxtlar bu cür müraciətlər olunub, faydası olmayıb! Haqlısınız! Ancaq onda 90-cı iller idi,onda bu qədər müasir texniki imkanlar yox idi. İndi Allaha şükür, bir telefon, bir kompüter düyməsi ilə həqiqəti bütün çılpaqlığı ilə dünyaya çatdırmaq mümküdür və vacibdir!
Bu gün hər birimizin, ən çox da yaradıcı insanların borcudur ki, öz oxucularını, dinləyicilərini, tamaşaçılarını daha fəal olmağa istiqamətləndirsin.
Xaricdə yaşayan həmkarlrınıza müraciət edin, həqiqətləri çatdırın! Vetənin bu ağır günündə hər şeyi dövlətin üzünə yıxmağın vaxtı deyil. Dövlət rəsmi olaraq beynəlxalq qaydalara tabe olmaq məcburiyyətində qalır bəzən.
İndi bizim üçün,xalq,millət olaraq çox məsul bir dövrdür. Torpaqlarımızı 30 ildən bəri işğal altında saxlayan,100 ildən bəri Azərbaycanın Qərbində əmin arxayın vətən düzəldən hayların cavabını vermək bizim də vətəndaş olaraq boynumuzun borcudur!
P.S. Bu müraciətim təkcə yaradıcılıq təşkilatlarının rəhbərlərinə deyil bütün millətimədir. Xoşunuza gəlməsə belə,ən azından bu torpağın havasını udub, çörəyini yediyiniz üçün səsimə səs verin.
Hörmətlə: Telli Pənahqızı
Teref.azшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.