Şəhid mayora Qazax İcra Hakimiyyətinin başçısı ev tikdirib, yoxsa?..

7-08-2020, 00:01           
Şəhid mayora Qazax İcra Hakimiyyətinin başçısı ev tikdirib, yoxsa?..
Şəhid mayora İH başçısı ev tikdirib, yoxsa?..
"Ev tikili idi, İcra Hakimiyyəti sadəcə təmirinə kömək edir”.

Tərəf.Az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Tovuzdakı döyüşlər zamanı şəhid olan mayor Namiq Hajan oğlu Əhmədovun ailəsindən sosial şəbəkədə "İcra hakimiyyəti şəhid mayorun ailəsinə ev tikdirir” məlumatına münasibət bildirərkən deyib. Ailədən deyilənlərə görə, sözügedən evin bünövrəsi iki il bundan öncə qoyulub:

"Evi özləri tikib, amma yarımçıq idi, tam hazır deyildi. Təmirə başlayacaydı ki, bu hadisə oldu. Evi tikmək üçün kredit götürmüşdü. Kreditin də çox hissəsi ödənilmişdi, cüzi hissəsi qalmışdı. Evin isə bünövrəsi iki il əvvəl qoyulmuşdu. Yavaş-yavaş tikirdi. Bu il də hazır edib köçmək istəyirdi, o da qismət olmadı”.

Qeyd edək ki, sosial şəbəkədə Qazax rayon İcra Hakimiyyəti Tovuzdakı döyüşlər zamanı şəhid olan mayor Namiq Hajan oğlu Əhmədovun ailəsi üçün yeni ev tikdirməsi ilə bağlı məlumat yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru