Hərbi bileti olmayanlar harda işləyə bilər? – Azərbaycanda qadağa yox imiş

7-08-2020, 10:50           
Hərbi bileti olmayanlar harda işləyə bilər? –
Vətəninin keşiyində dayanmaq, hərbi xidmət keçmək yetkinlik yaşına çatan hər bir sağlam vətəndaşın borcudur.

Bəzən obyektiv və subyektiv səbəblərdən hərbi xidmətə getməyən şəxslərə süni maneələr yaradılır.

Bu maneə özünü əsasən dövlət orqanlarına işə düzəlmək istəyərkən göstərir.

Bəs görəsən Azərbaycan Respublikasının qanunlarına görə, hərbi bileti olmayan şəxslər dövlət orqanında işləyə bilərmi? Yaxud, işə qəbul edilərkən onlardan hərbi bilet tələb edilə bilərmi? Bir sözlə, hərbi xidmətdə olmayanlar harada işləyə bilərlər?

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Cebhe.info-ya açıqlamasında deyir ki, qanunvericilikdə hərbiləşdirilmiş qurumlardan başqa digər orqanlara hərbi xidmət keçməməyə görə işə qəbulu qadağan edən hər hansı müddəa yoxdur:
“Hərbi xidmət keçməməyə görə işə qəbul edilməsindən imtina olunması Əmək Məcəlləsinə ziddir. Əmək Məcəlləsində qeyd olunur ki, əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim edir. Bu sənədlərdən əlavə hər hansı sənədin tələb edilməsi qanunsuzdur. Əlbəttə işləyə bilərlər. Hərbi xidməti keçməməyin üzrlü səbəbləri var. Bəlkə də bəzi hüquq mühafizə orqanları qadağalar qoyur, ola bilər. Amma dövlət qulluğundan azad olunanlar imtahan verib işə qəbul olunurlar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.