İmişlidə Vilyam Hacıyev ÜSUL-İDARƏSİ DAVAM EDİR... - İcra Hakimiyyəti adından pul tələb etdilər

7-08-2020, 19:16           
 İmişlidə Vilyam Hacıyev ÜSUL-İDARƏSİ DAVAM EDİR... -
İmişlidə rayon İcra Hakimiyyəti adından sahibkarlardan yaralı əsgərlərə yardım adı altında pul tələb ediblər.

Bu gün səhər saatlarında İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev bazar və bazar ətrafı ticarət və iaşə obyektlərinə baxış keçirib.

İcra başçısı ərazini tərk etdikdən sonra özünü icra hakimiyyətinin əməkdaşı kimi təqdim edən bir qrup şəxs bazar ətrafı ticarətlə məşğul olan sahibkarlardan "yaralı əsgərlərə yardım" adı altında 100-300 manat arası pul tələb ediblər. Pulu verməkdən imtina edən sahibkara isə "sən azərbaycanlı deyilsən?" deməkdən də çəkinməyiblər.

Məsələ ilə bağlı İmişli rayon icra hakimiyyətinin mətbuat xidməti ilə əlaqə saxladıq. İcra hakimiyyətindən məsələdən xəbərsiz olduqlarını və araşdırıb ətraflı məlumat veriləcəyi bildirildi. //Avropa.info//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru