E-TƏBİB xəbərdar edir: Avtobusda, parkda, marketdə koronavirus xəstələri var: - Yoluxmuş şəxsləri evdən kim buraxır?

11-08-2020, 10:53           
E-TƏBİB xəbərdar edir: Avtobusda, parkda, marketdə koronavirus xəstələri var: -
E-TƏBİB xəbərdar edir: Avtobusda, parkda, marketdə koronavirus xəstələri var:
Xəbər verildiyi kimi, koronavirusun yayılmasını azaltmağa kömək edən mobil tətbiq“E-TƏBİB” vasitəsilə ictimai yerlərdə olarkən ətrafdakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar edilirik.

Təsadüfən infeksiyanın daşıyıcısı ilə əlaqə olubsa (məsələn, növbədə, dükanda, ictimai nqəliyyatda və s.), sözügedən tətbiqi telefonuna yükləyən şəxsə bildiriş göndərilir.

Cebhe.info-ya daxil olan müraciətə görə, bugünlərdə ictimai nəqliyyatda olan şəxsin telefonuna ətrafında potensial virus daşıyıcısı olan şəxslə bağlı bildiriş gəlib, şəxsə olduğu yeri tərk etmək, sosial məsafəni qorumaq tövsiyə olunub. Şəxs xəbərdarlıq mesajından sonra dərhal avtobusu tərk edib. Bu da həmin xəstələrin küçəyə necə və niyə çıxdığı, ictimai nəqliyyatdan necə istifadə etdiyi sualını yaradır.

Maraqlıdır, barəsində E-TƏBİB istifadəçisinə mesaj gedən potensial virus daşıyıcısı kimlərdir? Xəstəxanada müalicə alıb sağalanlar, yoxsa testi pozitiv çıxan və müalicəsi evdə tövsiyə olunanlar?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan "E-TƏBİB" layihəsinin rəhbəri Fuad Niftəliyev deyib ki, məlum bildiriş tətbiqi telefonuna yükləyən şəxslərə göndərilə bilər: “Avtobusda barəsində şəxsə bildiriş gələn xəstələr analizi pozitiv çıxanlardır. Bu, proqram inteqratordur. Əgər xəstə xəstəxanadan sonra evə əlavə müalicə üçün göndərilibsə, həmin adam pozitiv xəstə kimi qalır. Məsələn, adam ayın 1-i analiz veribsə və cavabı pozitiv çıxıbsa, şəxs 14 gün müddətində yoluxmuş sayılır. 14 gün müddətində xəstəxanada, yaxud evdə müalicə ala bilir. Təbii evdə müalicə alıb, amma küçədə gəzirsə, potensial koronavirus xəstəsi sayılır. Bizdə olub ki, şəxs özünü yaxşı hiss edib və xəstəliyin hər hansı simptomu onda olmayıb. Amma gəzib və avtomatik olaraq camaatı yoluxdurub. Tutaq ki, şəxs iki gün əvvəl koronavirusdan test verib və E -TƏBİB proqramını telefonuna yükləyib ki, nə vaxtsa ona cavab gələcək. Şəxs ona cavab gələnə qədər gəzir, ictimai nəqliyyatdan istifadə edir. Hətta ona cavab gəlib, amma xəbəri yoxdur. Digər ehtiyatda olan şəxs ona yaxınlaşanda telefonuna avtomatik mesaj gəlir ki, ətrafınızda aktiv korona xəstəsi var. Mesaj gələn şəxsin olduğu məkanı tərk etməkdən başqa yolu yoxdur. Çünki E-TƏBİB tətbiqi koronaviruslu xəstələr barədə şəxsi məlumatları verə bilməz, bu gizlilikdir. Belələri barədə hüquq-mühafizə orqanları məşğul olmalıdır. Biz də demişik ki, yoluxmuş şəxslərin siyahısı TƏBİB-də var və özləri özlərinə nəzarət etməlidirlər. Bu hallar özlərinin nəzarətsizliyidir və bizim işimiz deyil. Bizə bu hüququ versəydilər, yoluxmuş adamlar gedib küçədə sərbəst gəzə bilməzdi”.

Layihə rəhbəri qeyd edib ki, sözügedən proqrama xüsusi özəllik təklif olunur: “Hazırda mobil tətbiqin karantin mərhələsi üzərində işlənir. İnsanların ictimai iaşə müəssisələrinə, kütləvi toplaşma məkanlarına və iş yerlərinə sağlamlıq statusu əsasında buraxılması ilə bağlı da QR kodlu girişlər təklif olunur.İctimai nəqliyyat daxil, bütün girişlərə QR kodlar yerləşdiriləcək. Tutaq ki, siz hansısa ticarət mərkəzinə gedirsiz, cəmi 1 saniyəyə telefondakı sistemı sıxıb girişdəki QR koduna vurub keçirsiz. Koronavirusa yoluxmuş şəxs o girişdən keçə bilməyəcək. Cənubi Koreya və Çin məhz bu tətbiqlə virusun qarşısını aldı”.

Qeyd edək ki, E-TƏBİB tətbiqi Azərbaycanda iyun ayından aktiv istifadə olunur.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.