Solaxaylıq-vərdiş yoxsa, müəmma? - Dünyanın solaxay məşhurları

13-08-2020, 10:26           
Solaxaylıq-vərdiş yoxsa, müəmma? - Dünyanın solaxay məşhurları
13 avqust tarixi Ümumdünya Solaxaylar Günü kimi qeyd olunur. Bu bayram ilk dəfə britaniyalı solaxaylar klubunun təşəbbüsü ilə 1992-ci ildə qeyd olunub. Klubun əsas narahatlığı ölkənin bir çox məktəblərində solaxay uşaqların sağ əllə yazmağa məcbur edilməsi idi. Bu hal şagirdlərdə stress yaradır və onların davamiyyətini aşağı salırdı. Həmin gün bütün dünya solaxayları məhsul istehsalçılarının diqqətini onların da tələbatlarına yönəltməyə çalışır, müxtəlif yarış və tədbirlər təşkil edirlər.Statistikaya əsasən, dünya əhalisinin təxminən 10 faizi solaxaydır

Solaxaylıq-vərdiş yoxsa müəmma?

Məlumatlara görə, 1980-ci ildə ABŞ-ın Missuri ştatından olan polis əməkdaşı Franklin Uinborn qoburu (tapança qabını) sol tərəfində daşıdığından rəhbərlik onu işdən çıxarır. Uinborn solaxay olduğundan qoburu kəmərinin sol tərəfindən asırdı, halbuki, nizamnaməyə görə o, tapança qabını sağ tərəfində daşımalı idi. O zaman polis işçisinin məhz solaxay olmasına görə işdən çıxarılması Amerikada ciddi əks-səda doğurur. Uinbornun müdafiəsinə qalxan amerikanlar kütləvi mitinqlər keçirir və məhkəmə qərarı nəticəsində o öz işinə yenidən qayıdır. Son onilliklər ərzində bütün dünyada solaxayların sayının artıması müşahidə olunur. Ümumiyyətlə, belə bir inam var ki, bunun səbəbi hələ məlum deyil. Bəziləri hesab edir ki, solaxaylar onlarla aparılan gizli müharibədə sonda qalib gələcəklər, lakin bu, bəşəriyyətin xeyrinə olacaq.



Bəzi mütəxəssislər isə solaxaylığı beynin quruluşundan asılı olaraq, irsən keçən psixi hərəkət hesab edirlər. Hətta kral ailəsində solaxaylar ana - kraliçə, kraliçə II Yelizaveta, şahzadə Çarls və şahzadə Uilyam sayılır. Maraqlısı odur ki, solaxaylar suyun altında daha yaxşı görə bilirlər. Ekstrasenslərin çoxu solaxaylardır. Solaxaylar adətən geniş fantaziyalara, həssas musiqi duyumuna və güclü yaddaşa malik olurlar. Psixoloqların hesablamalarına görə, solaxaylar arasında istedadlı insanlar 20 faiz, sağ vərdişlilərdə isə 5 faizdir.

Dünyanın məşhur solaxayları

Aristotel, İsaak Nyuton və Makedoniyalı İsgəndərdən sonra dünyanın zəka və hərb möcüzəsi sayılanYuli Sezarsolaxay olub.

Fransa imperatoruNapoleon Bonapart, Fidel Kastro, Horatsio Nelson, Albert Eynşteyn həmçinin Mikelancelo, Pikasso, Leonardo da Vinçi də solaxayların sırasındadır. Katolik Kilsəsini kral hakimiyyətinin dayağı hesab edənBöyük Karlsolaxaylığı ilə diqqəti cəlb edirmiş. Dünyanın bugünkü simasını müəyyənləşdirən şəxslərdən biri- Uinstall Çörçilin solaxay olduğunu az adamlar bilirdi. Hindistan pasifist siyasətçisi və düşüncə adamıMahatma Qandi, Amerikanın keçmiş prezidentləri Cerald Ford,Ronald Reyqan, ata Corc Buş, Bill Klinton, Barak Obama solaxay siyasətçilər sırasına daxildirlər.



"Time”ın araşdrması heç də təəccüblü deyil, çünki zəkasını pula çevirə bilən və dünyanı dəyişdirən "Microsoft”un sahibiBill Qeytsvə "Apple”in qurucusuSteve Jobsilə dünyanın ən məşhur teleaparıcısı sayılanOprah Vinfrey, İsrailin Baş naziri Binyamin Netanyahusolaxaydılar.


Çarli Çaplin, Merilin Monro, Bryus Uillis, Pol Makkartni, Bethoven, Sergey Raxmaninov, Ancelina Coli, Skarlett Yohansson, Nikol Kidman, Robert De Niro, Harri Kasparov da solaxaylar sırasındadır.

Əntiqə RƏŞİD












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.